Millimizin baş məşqçisi:"Bu, məni sevindirən amillərdən biridi”

00:47 - 5 Yanvar 2014

Nikolay Adamdan ilk oyuna şərh
 
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Yunanıstan və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş oyundan sonra komandamızın baş məşqçisi Nikolay Adam fikirlərini bölüşüb.
 
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis 1:1 hesabıyla bitən oyunu belə şərh edib:
 
“İlk növbədə, belə gözəl turnirin keçirilməsinə görə təşkilatçılara təşəkkür edirəm. Oyuna gəlincə, final fitinə bir neçə saniyə qalmış qol buraxaq qələbəni əldən vermək, əlbəttə, xoş təəssürat oyatmır. Bununla belə, nümayiş etdirdikləri oyuna və əldə etdikləri nəticəyə görə futbolçularımıza minnətdarlığımı bildirirəm. Güclü rəqiblə mübarizədə komandamızın üzvlərinin sarı vərəqə almaması da məni sevindirən amillərdən biridi.”

Xəbər xətti