Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnir davam edir
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, yığmamız Çexiya komandası ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun saat 12:00-da başlayacaq.
Turnir çərçivəsində yığmamız ilk oyununu yanvarın 4-də Yunanıstan komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
saytlarin hazirlanmasi