"Ötən oyunla müqayisədə taktiki planda dəyişiklik etməmişdik"

17:45 - 6 Yanvar 2014

Nikolay Adam: "Hər iki komandaya qələbə lazım idi"
 
"İlk növbədə Çexiya yığmasını qələbə münasibətilə təbrik edirəm. Hər iki komandaya qələbə lazım idi. Sevinən tərəf rəqibimiz oldu". 
 
Sportal.az xəbər verir ki, bu sözləri 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam Çexiya ilə oyundan sonra deyib. Millimizin çalışdırıcısı komandasının oyununa taktiki dəyişiklik etmədiklərini də fikirlərinə əlavə etdi:
 
"Ötən oyunla müqayisədə taktiki planda dəyişiklik etməmişdik. Lakin hücum xəttində rəqibə lazımi qədər təzyiq göstərə bilmədiyimiz üçün taktiki gedişlərimiz bir o qədər səmərəli olmadı”.

Xəbər xətti