Elnur Cəfərov yenə fərqləndi
Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirin Azərbaycan – Çexiya (0:2) matçında ən yaxşı futbolçular mükafatlandırılıb.
Sportal.az xəbər verir ki, millimizdən ən yaxşı adına yığmamızın turnirdə yeganə qolunun müəllifi olan “Xəzər Lənkəran”ın futbolçusu Elnur Cəfərov layiq görülüb. Rəqibdən isə ən yaxşı futbolçu kimi 77-ci dəqiqədə qapımıza 2-ci qolu vuran Latso Takaç fərqləndirilib.
saytlarin hazirlanmasi