Rəqib Yaponiya millisidir
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirin qrup mərhələsində 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, yığmamız Yaponiya komandası ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun saat 12:00-da başlayacaq.
Xatırladaq ki, turnir çərçivəsində yığmamız ilk oyununu yanvarın 4-də Yunanıstan komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Futbolçularımız ikinci qarşılaşmada çexiyalı həmyaşıdlarına 0:2 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi