"Futbolçumuza göstərilmiş qırmızı vərəqə qarşılaşmanın müqəddəratını həll etdi"

16:16 - 8 Yanvar 2014

Nikolay Adam: "Qarşıdakı iki oyunda qələbə qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik"
 
“Yaponiya yığmasını qələbə qazanması və qrupda birinci yeri tutması münasibətilə təbrik edirəm. Oyunu şərh etməkdə çətinlik çəkirəm, çünki futbolçumuza göstərilmiş qırmızı vərəqə qarşılaşmanın müqəddəratını həll etdi. Hakimin qərarını müzakirə etmək istəməsəm də, məncə, həmin epizodda yaponiyalı futbolçu oyundankənar vəziyyətdə idi, lakin bu, qeydə alınmadı."
 
Sportal.az xəbər verir ki, bu sözləri Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edən Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam deyib. Adam növbəti iki oyunda qələbə qazanmaq istədikıərini də fikirlərinə əlavə edib:
 
"Əvvəlki oyunlarla müqayisədə həm heyətdə, həm də oyun sxemində dəyişiklik etmişdik. Azlıqda qalmağımız planlarımızı pozdu.
Qarşıdakı iki oyunda qələbə qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Xəbər xətti