Cütün taleyinə penaltilər seriyasında aydınlıq gəlib
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI turnirdə 1996-97-cı il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, komandamız bu dəfə Latviya yığması ilə üz-üzə gəlib.
Bu cütün qalibi turniri 13-cü yerdə başa vurmaq uğrunda oyunda iştirak edəcəkdi. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə cütün taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq oynayan yığmamız qələbə qazanıb.
saytlarin hazirlanmasi