"Təəssüf ki, biz oyunu yox, penalti seriyasını udduq"

18:24 - 9 Yanvar 2014

Nikolay Adam: "Ağaseyid Qasımovun penalti zərbələrini dəf etməkdə daha bacarıqlı olduğunu bilirdim"
 
“Əvvəlcə, ötən oyunda futboluçumuza göstərilmiş qırmızı vərəqə ilə bağlı səsləndirdiyim fikrə qayıdaraq üzr istəyirəm. Həmin epizodda rəqib futbolçu oyundankənar vəziyyətdə deyildi və qırmızı vərəqə qaydalar çərçivəsində göstərilmişdi."
 
Sportal.az xəbər verir ki, bu sözləri 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam Latviya ilə oyundan sonra deyib.
Adam oyunumuz təhlil etməli olduqlarını fikirlərinə əlavə etdi:
 
"Bu gün qarşılaşmadan əvvəl futbolçulara demişdim ki, oyunu udmaq lazımdır. Təəssüf ki, biz oyunu yox, penalti seriyasını udduq.
Ağaseyid Qasımovun penalti zərbələrini dəf etməkdə daha bacarıqlı olduğunu bilirdim. Oyunun son dəqiqələrində bu səbəbdən onu meydana buraxdıq.
Penalti seriyasında qalib gəlmək psixoloji baxımdan nə qədər faydalı olsa da, düçünürəm ki, biz 11 metrlik zərbələri deyil, oyunumuzu təhlil etməliyik”.

Xəbər xətti