"Heç bir rəqib qələbəni hədiyyə etmir"

18:35 - 9 Yanvar 2014

Vladimirs Babiçevs: "Heyətdə əsl liderlərin olub-olmamasını müəyyənləşdirmək istəyirdim" 
 
“Bu komandada qısa müddətdir ki, çalışıram. Yəqin ki, müşahidə etdiniz, bu gün oyunun gedişində futbolçulara, demək olar ki, heç nə demirdim. Bununla, əslində, adətimə xilaf çıxdım. Çünki adətən oyun boyu lazımi göstərişlıər verirəm. Bugünkü susqunluğumun məqsədi komandanın kənar müdaxilə olmadan müxtəlif vəziyyətlərdə necə davranmasını müşahidə etmək idi. Heyətdə əsl liderlərin olub-olmamasını müəyyənləşdirmək istəyirdim."
 
Sportal.az xəbər verir ki, bu sözləri 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Latviya yığmasının baş məşqçisi Vladimirs Babiçevs millimizlə oyundan sonra deyib. Babiçevs qələbə uğrunda sona kimi mübarizə aparmaq olduğunu fikirlərinə əlavə etdi:
 
"Oyundan əvvəl də, fasilədə də futbolçulara demişdim ki, qələbə uğrunda son ana qədər mübarizə aparmaq lazımdır. Çünki heç bir rəqib qələbəni hədiyyə etmir.
Hesabın bərabərləşməsi oyunda dönüş nöqtəsi oldu. Bundan sonra hadisələr əleyhimizə cərəyan etdi və penalti seriyasında məğlub olmağımız bunun məntiqi nəticəsidir”."

Xəbər xətti