O, oyundakı bərabərlik qolumuzun müəllifi olub
FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş sayca 26-cı ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, yığmamız bu dəfə Latviya ilə qarşılaşıb.
Görüşdə hesabı rəqib komanda açsa da, futbolçularımız ikinci hissədə bərabərlik qolunu vurmağa imkan tapıblar. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən yığmamız 3:0 - ümumi nəticədə 4:1 hesabı ilə qalib gələrək 13-cü yer uğrunda qarşılaşmada iştirak hüququ əldə edib. Meydana əvəzetmə ilə daxil olmuş qapıçımız Ağaseyid Qasımov penaltilər seriyasında üç penaltini dəf edib və zərbəni dəqiq yerinə yetirməklə qələbədə müstəsna xidmət göstərib.
Matç başa çatdıqdan sonra isə oyunun ən yaxşı futbolçuları mükafatlandırılıb. Millimizdən ən yaxşı adına bu dəfə də "Qəbələ"nin futbolçusu Bəhlul Mustafazadə layiq görülüb. O, oyundakı bərabərlik qolumuzun müəllifi olub.
saytlarin hazirlanmasi