Yığmamız 13-cü oldu
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi bu gün son oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, 13-cü yer uğrunda mübarizədə komandamız Belarusla qarşılaşıb. Daha öncə Latviyanı məğlub (pen: 4:1) edərək bu mərhələyə adlayan yığmamız növbəti dəfə penaltilər seriyasında sevinən tərəf olub. Əsas vaxtı 1:1 hesabı ilə bitən görüşdə penaltilər seriyasına ehtiyac duyulub ki, burada daha dəqiq oynayan millimiz turniri 13-cü pillədə başa vurub - 4:2.
saytlarin hazirlanmasi