"Turnirə qədər keçdiyimiz hazırlığın təfərrüatlarına varmaq istəmirəm"

18:31 - 11 Yanvar 2014

Nikolay Adam: "Bəxtimiz gətirdi ki, fasiləyə qədər hesabda geri düşmədik"
 
 “Birinci hissədə yaxşı təsir bağışlamadıq. Bəxtimiz gətirdi ki, fasiləyə qədər hesabda geri düşmədik. Fasilədən sonra daha yaxşı oynadıq.
Oyunda sərtlik, bəzi hallarda kobudluq olsa da, FAIR PLAY qaydalarına zidd heç nə baş vermədi. Ümumiyyətlə, həmişə komandamın üzvlərindən sərt, lakin qaydalar çərçivəsində oynamalarını xahiş edirəm."
 
Sportal.az xəbər verir ki, bu sözləri 1996-1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam Belarusla oyundan sonra deyib. Adam hazırlıq üçün vaxtlarının az olduğunu və belə nəticəyə görə futbolçularına təşəkkür etdi:
 
"Turnirə qədər keçdiyimiz hazırlığın təfərrüatlarına varmaq istəmirəm. Təkcə bir faktı deyim ki, hücum xəttində yer alan futbolçular ilk dəfə bu turnirdə birgə oynadılar. Hazırlıq üçün vaxtımız az oldu. Güclü komandalarla qarşılaşdıq. Futbolçulara və məşqçilər korpusuna turnir ərzindəki fəaliyyətlərinə görə təşəkkür edirəm”.

Xəbər xətti