Viktor Borel: "Oyundan-oyuna komandamın inkişafı hiss olunurdu"
“Ümumilikdə, komandamın çıxışından razıyam. Doğrudur, hesabda irəlidə olduğumuz halda oyunun taleyinin penalti seriyasında həll edilməsinə mane ola bilmədik. Amma futbolçuların da vəziyyətini anlamalıyıq. Çox qısa zaman kəsiyində 5 oyun keçirmək asan deyil. "
Sportal.az xəbər verir ki, bu sözləri Belarusun baş məşqçisi Viktor Borel deyib. Borel komandasında məhsuldarlığın az olmasında gileyləndi:
"Yaratdığımız qol epizodlarından yararlana bilsəydik, nəticə fərqli olardı. Bu komandanın ən böyük çatışmazlığı məhsuldarlığın aşağı olmasıdır. Müdafiə inamlı oynasa da, hücumda istədiyimizi əldə etməkdə çətinlik çəkirik.
Turnirin təşkilatçılarına təşəkkür edirəm. Oyundan-oyuna komandamın inkişafı hiss olunurdu. Belə turnirlərdə mütəmadi iştirak bizim üçün çox faydalı ola bilər. Buradakı oyunlar əsasında artıq komandamın əsas heyətini müəyyənləşdirdik”.
saytlarin hazirlanmasi