Klopp yaponiyalını belə dəyərləndirdi
Mövsümün birinci dövrəsini elə də uğurlu keçirməyən Dortmud “Borussiya”sı qış fasiləsindən sonra özünə gəlib.
Sportal.az xəbər verir ki, ilk dövrədə turnir cədvəlinin aşağı pillələrində gedən dortmundlular artıq yuxarı sıralara doğru qalxıb. Hazırda 10-cu pillədə gedən Yurgen Kloppun komandası Çempionlar Liqasında da mübarizəni davam etdirir. Yurgen Klopp komandanın aparıcı üzvü Sinci Kaqavanın oyununu dəyərləndirib:
“Kaqava yarımmüdafiənin hər bir yerində oynaya biləcək futbolçudur. Xüsusiylə də məərkəzdə oyun qurucusu kimi ötürmələriylə seçilir. Yaponiyalı futbolçunun bir özəlliyi də var ki, müdafiəyə çəkilərək top almağı bacarır. Bir sözlə Kaqava sendviç arasında olan ən yaxşı yeməli sosiskadır”
saytlarin hazirlanmasi