Nuri Şahinin "Arsenal"a keçməsinə kim mane olub?

02:15 - 2 Aprel 2015

Türkiyəli futbolçu 10 il əvvəl İngiltərədən təkilf aldığını dedi 
 
Türkiyə millisinin aparıcı üzvü Nuri Şahin 10 il bundan əvvəl İngiltərədəd oynamaq şansı olub.
 
Sportal.az xəbər verir ki, Dortmund “Borussiya”sında forma geyinən türkiyəli futbolçu 2005-ci ildə “Arsenal”dan təklif aldığını bildirib. Nuri Şahin qeyd edib ki, həmin vaxt valideyləri onun İngiltərəyə getməsinə razılıq verməyib:
 
“2005-ci ildə “Arsenal” mənimlə müqavilə bağlamaq istəyirdi. Onda valideynlərim  getməyimə razılıq vermədi. 17 yaşımda İngiltərədə yaşamaq bir qədər mənim üçün çətin olardı. Bunu nəzərə alaraq valideynlərim Dortmundda qalmağımı istədilər. Onlar da yaxşı bilirdilər ki, “Borussiya”da özümü göstərə bilərəm. Dortmund mənim üçün doğmadır və özümü burada rahat hiss edirəm. İnanıram ki, yenə də əvvəlki formamı yığıb bu komandada özümü gəstərə bilərəm”.              

Xəbər xətti