Dortmund təmsilçisi məğlubiyyətlə barışdı
Almaniya Bundesliqasında 28-ci turun turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, turun ən çox maraq kəsb edən görüşü Münhenqladbax “Borussiya”sı ilə Dortmund “Borussiya” arasında baş tutub.
Matça fəal başlayan münhenqladbaxlılar Oskar Vendinin qoluyla hesabda erkən önə keçiblər. 32-ci dəqiqədə Raffael ikinci dəfə dortmundluların qapı torunu silkələyib.
Fasiləyə üstün yollanan meydan sahibləri 67-ci dəqiqədə Nordveytin sayəsindı hesab arasında fərqi artırıb. Qalan vaxt ərzində İlkay Gündoğanın qolu dortmundlular üçün təsəlli olub.
"Borussiya” (Münhenqladbax) – “Borussiya” (Dortmund) 3:1
Qollar: Vend, 1, Raffael, 32, Nordveyt, 67; - İlkay Gündoğan, 77
saytlarin hazirlanmasi