"Əgər mövsümün sonunda "Şalke" bizi qabaqlasa, onda karyeramı başa vuracağam"

19:00 - 12 Aprel 2015

“Borussiya”nın 22 yaşlı yarımmüdafiəçisi mərc etməyə hazırdır
 
Almaniya Bundesliasının 28-ci turunda Dortdund “Borussiya”sını 3:1 hesabı ilə məğlub edən Münhenqladbaxın “Borussiya” klubu turnir cədvəlinin 4-cü pilləsində yerini möhkəmləndirdi.
 
Sportal.az xəbər verir ki, cari mövsüm Çempionlar Liqasına vəsiqə qazanmağı hədəfləyən münhenqladbaxlılar məqsədə çatmağa yaxındılar. İsveçrə millisinin üzvü Qranit Djaka ikomandasının mövsümün sonunda Avropanın nüfuzlu turnirinə vəsiqə qazanacağını iddi edib.
 
“Borussiya” (Münhenqladbax) klubunun 22 yaşlı yarımmüdafiəçisi hətta buna görə mərc etməyə hazırdır:
 
“Dortmund təmsilçisini izləməyə ehtiyac yoxdur. Onlar 17 xal bizdən geri qalırlar. “Şalke”nin 4-cü yer uğrunda mübarizədə bizi üstələyəcəyinə də inanmıram. 10 xallıq fərqi aradan qaldırmaq çətindir. Əgər mövsümün sonunda  “Şalke” turnir cədvəlində bizi qabaqlasa, onda karyeramı başa vuracağam”.

Xəbər xətti