Postda dəyişiklik
Almaniyanın "Hamburq" klubunun baş məşqçi postunda dəyişiklik baş verib.
Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, komandanı bundan sonra Bruno Labbadia idarə edəcək. Müvəqqəti baş məşqçi vəzifəsini idarə edən Piter Knaebel isə idman direktoru vəzifəsində çalışacaq.
Qeyd edək ki, hazırda autsayderlər qrupunda qərarlaşan "Hamburq" Bundesliqada qalmaq uğrunda mübarizə aparır.
saytlarin hazirlanmasi