"Son vaxtlar futbolçularla baş məşqçi arasında münasibətlər yaxşı deyildi"

15:00 - 16 Aprel 2015

Lotar Matteus: “Klopp Dortmund təmsilçisi üçün çox işlər görüb”
 
Mövsümün sonunda Yurgen Kloppun Dortmund “Borussiya”sının baş məşqçi postundan gedəcəyi ilə bağlı xəbərlər təsdiqini tappıb.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssisin Dortmund təmsilçisi ilə yollarını ayırmaq istəməsinin səbəbini almaniyalı həmkarı Lotar Matteus belə mülahizə edib:
 
“Son vaxtlar futbolçularla baş məşqçi arasında münasibətlər yaxşı deyildi. Onun da gedişini anlayışlı qarşılamaq lazımıdr. Çünki bir məşqçi illərlə eyni komandada çalışanda tükənir. Klopp Dortmund təmsilçisi üçün çox işlər görüb. Onun vaxtında “Borussiya”dan bir neçə futbolçu üzə çıxıb. Mənə elə gəlir ki, artıq Klopp da Dortmundda qalmaqdan bezib. Ona görə də Klopp klubla yollarını ayırmaq qərarını verib”.    

Xəbər xətti