Məşqə gecikdi, həm cəzalandı, həm də cərimələndi

01:10 - 21 Aprel 2015

Baş məşqçi Bendtnerə yerini göstərdi     
 
“Volfsburq”un baş məşqçisi Diter Xekinq hücumçu Nikolas Bendtneri cəzalandırıb.
 
Sportal.az xəbər verir ki, “Şalke”ylə oyunöncəsi danimarkalı futbolçu məşqə gecikib.
 
Danimarka millisinin aparıcı üzvü yatıb qaldığına görə, məşqə vaxtında gəlməyib. Belədə baş məşqçi Diter Xekinq cəza metodunu işə salaraq, futbolçunu 18-liyə salmayıb. Bu azmış kimi, çalışdırıcı Bendtnerə pul cəriməsi də kəsib.       

Xəbər xətti