Bundesliqada növbəti baş məşqçi istefası

01:50 - 21 Aprel 2015

Tayfun Korkut da belə getdi 
 
Almaniya Bundesliqasının 29-cu turunda Leverkuzen “Bayer”inə səfərdə 4:0 hesabı məğlub olan “Hannover”in baş məşqçisi Tayfun Korkut vəzifəsindən uzaqlaşdırılıb.
 
Sportal.az xəbər verir ki, türkiyəli mütəxəsisin başçılığı altında uğursuz çıxış edən komanda turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.
 
Bundesliqanı tərk etmək təhlükəsini yaşayan klub rəhbərliyi  Tayfun Korkutla yollarını ayıraraq yeni baş məşqçi axtarışına çıxıb. “Hoffenhaym”la oyuna qədər “Hannover”  komandasının yeni baş məşqçisinin adı açıqlanacaq.           

Xəbər xətti