Badştuber 3 ay meydanlardan kənarda
“Bavariya “ klubu daha bir itki ilə üzləşib .
Sportal.az xəbər verir ki, münhenlilərin müdafiəçisi Holqer Badştuber ciddi zədə üzündən 3 ay meydanlardan uzaq qalacaq.
Çempionlar Liqasının 1/4 finalında “Porto”yla qarşılaşmada futbolçu sıradan çıxıb. Badştuber düşdüyü vəziyyətdən sonra bunları deyib:
“Tez bir zamanda zədəmi sagaldıb komandaya kömək etmək istəyirəm. Lakin bir müddət müalicə alandan sonra özümü qorumalyam. Artıq ağrılar keçəndən sonra məşqlərə başlaya bilərərm”.
Qeyd edək ki, müdafiəçi bundan 2012 və 2014-cü illərdə ciddi zədələrə məruz qalmışdı.
saytlarin hazirlanmasi