Yarımmüdafiəçi ingilislərə neçəyə başa gəlir?
“Mançester Yunayted” klubu Dortmund “Borussiya”sının türk əsilli futbolçusu İlkay Gündoğanla müqavilə bağlamağa yaxındır.
Sportal.az xəbər verir ki, yarımmüdfiəçinin Dotmund təmsilçisiylə müqaviləsi 2016-cı ilin yayında başa çatır.
Yurgen Kloppun baş məşqçi postundan gedəcəyini görən futbolçu “Borussiya” klubuyla müqavilə müddətini uzatmaqdan imtina edib. İlkay Gündoğana gələn təklifləri gözdən keçirən klub rəhbərliyi futbolçunu satmaq qərarına gəlib. “Mançester Yunayted”in futbolçunun keçidinə görə 21,5 milyon funt sterlinq təklifi dortmundlular tərəfindən müsbət qarşılanıb.
saytlarin hazirlanmasi