Dortmund təmsilçisi əzəli rəqibini penaltilərlə keçdi
Almaniya kubokunda yarımfinal mərhələsinin bir oyunu keçirilib.
Sportal.az xəbər verir ki, “Bavariya” öz meydanında Dortmund “Borussiya”sını qəbul edib.
Münhendə gərgin keçən matçın əsas vaxtı 1:1 hesablı ilə başa çatıb. Əlavə xatda qapılara qol vurlulmadığından penaltilər seriyasın ehtiyac duyulub.
Maraqlıdır ki, “Bavariya” futbolçularının yerinə yetirdiyi dörd penalti zərbəsindən heç biri dəqiq olmayıb. İki penaltini qola çevirən dortmundlular qələbə qazanaraq kubokun finalına yüksəlib.
Qeyd edək ki, yarımfinal matçının digər qarşılaşmasında bu gün “Arminiya” və “Volfsburq” üz-üzə gələcək.
28 aprel
Almaniya kuboku, yarımfinal
“Bavariya” – “Borussiya” (Dortmund) 1:1 (Penaltilər seriyası 0:2)
Qollar: Levandovski, 30 - Abomeyanq, 75
saytlarin hazirlanmasi