"Bavariya"da növbəti bəd xəbər: Mövsümü erkən başa vurdu

17:29 - 29 Aprel 2015

Levandovski huşunu itirib
 
"Bavariya" növbəti ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, Münhen klubunun futbolçusu Robert Levandovskinin mövsümü erkən başa vurduğu bildirilir.

Polşalı hücumçu "Borussiya"ya qarşı Almaniya kubokunun yarımfinalında keçirilən matçda rəqib komandanın qapıçısı Langerak ilə toqquşub və huşunu itirib. Daha sonra özünə gələn 26 yaşlı futbolçu oyunu davam etdirib.

Bu gün tibbi müayinədən keçən R.Levandovskinin çənə sümüyünün sındığı və beyninin silkələndiyi bəlli olub. Levandovskinin meneceri Kuçarski "Tvitter" hesabından futbolçunun durumunun yaxşı olmadığını yazıb. Almaniya mətbuatı isə R.Levandovskinin mövsümü erkən başa vurduğunu qeyd edib.

Xatırladaq ki, sözügedən qarşılaşmada "Bavariya"nın futbolçusu Aryen Robben də zədələnib.

Xəbər xətti