“Bavariya”nın yarımmüdfiəçisi ona görə heyfslənir
“Bavariya” klubunun üzvü Xavi Martines maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, ispaniyalı yarımmüdfiəçi “Barselona”nın kapitanı Xavi Ernandesin ünvanına xoş sözlər deyib.
İspaniya millisinin üzvü adaşının yaşlı olmasına baxmayaraq, sabit oyun nümayiş etdirdiyini vurğulayıb:
“Xavi 50 yaşına kimi futbol oynaya bilər. Onun topla davranışına və mükəmməl ötürmələrinə söz ola bilməz. Xavidən çox şey öyrənmişəm. Onun yayda “Barselona”nı tərk edəcəyini deyə bilmərəm. Lakin bi şeyə heyfslənirəm ki, yaşla əlaqədar olaraq belə futbolçular meydandanı tərk edirlər”.
saytlarin hazirlanmasi