Leverkuzen təmsilçisi çempiona qalib gəldi
Almaniya Bundesliqasında 31-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, çempionluğu ötən tur təmin edən “Bavariya” səfərdə “Bayer”lə qarşılaşıb.
Leverkuzen təmsilçisi ilk “üçlük”dən uzaqlaşmamaq üçün mütləq qələbə lazım idi. İlk yarıda meydan sahiblərinə istəyinə çatmasa da, fasilədən sonra rəqibin qapısına yol tapıb.
55-ci dəqiqədə “Bayer”in türkiyəli ulduzu Hakan Çalhanoğlu fərqlənib. Bu oyunda son nöqtəni Brand qoyaraq leverkuzenlilərin 2:0 hesablı qələbəsini rəsmləşdirib.
“Bayer” – “Bavariya” 2:0
Qollar: Hakan Çalhanoğlu, 55, Brand, 81
saytlarin hazirlanmasi