Qaret Beyl Almaniya klubunun hədəfində

21:15 - 3 May 2015

"Bavariya" uelsli futbolçunu heyətinə qatmaq istəyir  
 
“Real”ın yarımmüdafiəçisi Qaret Beyl karyerasını Almaniyada davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, uelsli futbolçu “Bavariya” klubunun maraq dairəsinə düşüb.
 
Münhen təmsilçisinin baş məşqçisi Xosep Qvardiola 25 yaşlı futbolçunu komandasında görmək istəyir. Bundesliqa təmsilçisiylə yanaşı, Uels millisinin aparıcı üzvünü yayda “Çelsi” və “Mançester Siti” komandaları da heyətinə qatmağa hazırlaşır.
 
Qeyd edək ki, cari mövsüm “Real”ın heyətində 44 oyuna çıxan Beyl rəqib qapılarından 17 top keçirib.            

Xəbər xətti