Qvardiola: “Elə bir sistem mexanizmi yoxdur ki, argentinalı hücumçunu dayandırsın”
Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya” ilk oyununu səfərdə “Barselona”ya qarşı keçirəcək.
Sportal.az xəbər verir ki, oyun öncəsi mətbuat konfransında münhenlilərin baş məşqçisi Xosep Qvardiola maraqlı fikirlər söyləyib. Təcrübəli mütəxəssis sabiq komandası haqqında belə deyib:
“Hələ püşkdən əvvəl “Barselona”yla qarşılaşmağımızı istəyirdim. Rəqibin oyununa baxandan sonra belə qərara gəldim ki, bu bizim üçün bir sınaq olacaq. Messi formadadrısa, onun qarşısını almaq mümkün deyil. Elə bir sistem mexanizmi yoxdur ki, argentinalı hücumçunu dayandırsın. O. son vaxtlar yaxşı təsir bağışlayır. Messinin topa yiyələnməsinə imkan verməməliyik. Əgər müdafiəçilər bu işin öhdəsindən gəlsələr, onda argentinalı futbnolçunun oyununu poza bilərik”.
saytlarin hazirlanmasi