"Çox bərbad oyun alındı"
Çempionlar Liqasının 1/2 final mərhələsi çərçivəsində keçirilən "Yuventus" - "Real" (2:1) matçından sonra qonaqların futbolçusu Serxio Ramos maraqlı fikirlər səsləndirib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki. Ramos bərbad oyun keçirdiyini qəbul etsə də bundan narahat olmadığını qeyd edib:
"Çox bərbad oyun alındı. Çox pis oynasam da, bu məni narahat etmir. Ançelloti mənə, mən də ona güvənirəm. Cavab oyununda doğma meydanda oynamağımız bizi qələbə üçün kökləyəcək".
saytlarin hazirlanmasi