Tovuz rayonunda xatirə turniri keçirilib

20:10 - 6 May 2015

Final matçında...

 

AFFA-nın təşkilatçılığı ilə Tovuz rayonunda futbol veteranı Vilayət Zeynalovun 80 illik yubileyinə həsr olunmuş müəssisələrarası mini-futbol turnirə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, AFFA əməkdaşlarının və futbol veteranlarının izlədiyi final oyununda "Ocaq" komandası turnirin qalibi olub.

 

Turnir başa çatdıqdan sonra AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov tərəfindən yubilyara milli komandanın futbol köynəyi, qaliblərə isə tədbir iştirakçıları tərəfindən assosiasiyanın kubok, medal və xatirə hədiyyələri təqdim edilib.

 

Xəbər xətti