Kataloniya təmsilçisi münhenlilərdən əvəz çıxır
Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.
Sportal.az xəbər verir ki, “Barselona” klubu doğma meydanda Almaniya “Bavariya”sını sınağa çəkib.
Kataloniya təmsilçisi 2 il əvvəl aldığı böyükhesablı məğlubiyyətlərin əvəzini çıxmaq iddiasında olub. 2012/13 mövsümündə münhenlilər yarımfinalda ispanlar üzərində (4:0, 3:0) qələbə qazanaraq sonda turnirin qalibi olub.
Luis Enrikenin komandası bu dəfə münhenlilərdən bir oyunun əvəzini çıxa bilib. İlk yarıda rəqibin qapısına yol tapa bilməsələr də, ikinci hissədə Messinin dublu və Neymarın qoluyla kataloniyalılar 3:0 hesabı ilə qalib gəliblər.
Çempionlar Liqası, yarımfinal mərhələsinin ilk oyunu
“Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) 3:0
Qollar: Messi, 76, 80, Neymar, 90+3
saytlarin hazirlanmasi