Rövnəq Abdullayev Platini görüşü FOTOLAR

17:07 - 7 May 2015

Nyonda prezidentlərin görüşü

 

İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA-nın prezidenti Mişel Platini ilə görüşüb.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı AFFA tərəfindən hazırlanmış hesabat kitabı UEFA-nın prezidentinə təqdim olunub, ölkəmizdə futbolun inkişafının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

Görüşdə UEFA-nın baş katibinin müavini Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

 

Xəbər xətti