Hakim futbolçuya qırmızı vərəqə göstərdi, sonra da ləğv etdi

02:18 - 9 May 2015

Səlçuk İnan “Qalatasaray”a 3 xal qazandırdı
 
 
Türkiyə Supeliqasının 30-cu turunda “Qalatasaray” – “Konyaspor” oyununda maraqlı hadisə baş verib.
 
Sportal.az xəbər verir ki. 74-cü dəqiqədə baş hakimi Barış Şimşək “Konyaspor”un futbolçusu Səlim Aya ikinci sarı vərəqəylə qırmızı göstərib. Əks hücum zamanı Burak Yılmazın qapıçı ilə üz-üzə qalacağını görən futbolçu onun qarşısını kobudluqla alıb.
 
Futbolçunun hərəkətini əvvəl qırmızı vərəqə ilə qiymətləndirən hakim çox keçmədən fikrini dəyişdirib. Yan xətt hakiminin xəbərdarlığından sonra qərarını dəyişdirən hakimin bu hərəkətinin səbəbi “Qalatasaray”lı futbolçunun daha əvvəl oyundan kənar vəziyyətdə olması olub. 84-cü dəqiqədə Səlcik İnanın vurduğu qolla “sarı-qırmızılılar” oyundan qələbə ayrılıblar.
 
 
“Qalatasaray” – “Konyaspor”  1:0
Qol:
Səlçuk İnan, 84

Xəbər xətti