Qoyko Kaçar ev sahiblərini xilas etdi
Almaniya Bundesliqasında 32-ci turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, turun açılış matçında autsayderlər zonasına yaxın olan “Hamburq” və “Frayburq” komandaları üz-üzə gəlib.
Bu görüşdə qalib gələn tərəf turnir cədvəlində xal ehtiyatını artırmaqla yanaşı elitada qalmaq şansını saxlaya bilərdi. 25-ci dəqiqədə qonaqlar Admir Mehmedinin vurduğu qolla hesabdə önə keçiblər.
Fasiləyə minimal üstünlüklə yollanan “Frayburq” qələbə hesabını sona qədər qoruyub saxalaya bilməyib. 90-cı dəqiqədə serbiyalı Qoyko Kaçar “Hamburq”u məğlubiyyətdən xilas edib.
“Hamburq” – “Frayburq” 1:1
Qollar: Qoyko Kaçar, 90 - Admir Mehmedi, 25
saytlarin hazirlanmasi