Almaniya çempionu yenə məğlubiyyətlə üzləşdi
Almaniya Bundesliqasında 32-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, çempionluğu bir neçə tur öncədən bəlli olan “Bavariya” öz meydanında Avrokuboklar uğrunda mübarizə aparan “Auqsburq”la qarşılaşıb.
Münhen təmsilçisi üçün oyun yaxşı başlamayıb. 13-cü dəqiqədə qapıçı Pepe Reyna qırmızı vərəqə alaraq ev sahiblərini meydanda azlıqda qoyub. Lakin münhenlilər rəqibin hücumları qarşısında sonda davam gətirib. 71-ci dəqiqədə Raul Babadilya qonaqlara qələbə qazandıran qolu vurub.
“Bavariya” – "Auqsburq” 0:1
Qollar: Babadilya, 71
saytlarin hazirlanmasi