"Dnepr"in futbolçusu Türkiyə klubunun maraq dairəsində

21:37 - 9 May 2015

İstanbul təmsilçisi Seleznyovun transfer etməyə hazırlaşır
 
“Fənərbaxça” klubu “Dnepr”in hücumçusu Seleznyovu heyətinə cəlb etməyə hazırlaşır.
 
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin rəsmiləri artıq bunun üçün Ukrayna klubuna rəsmi müraciət ünvanlayıblar. 29 yaşlı hücumçu cari mövsüm Ukrayna Premyer Liqasında 19 oyunda 8 dəfə fərqlənib.
 
Xatırladaq ki, UEFA Avroliqanın yarımfinal mərhələsində oynayan “Dnepr”in səfərdə “Napoli” ilə 1:1 bərabərə qaldığı oyunda ukraynalıların cavab qolunu məhz Seleznyov vurub.

Xəbər xətti