Münhendə ədaləti ingiltərəli hakimlər qoruyacaq
Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya” və “Barselona” arasındalı cavab oyununu ingiltərəli hakimlər briqadası idarə edəcək.
Sportal.az xəbər verir ki, mayın 12-də Münhendə keçiriləcək qarşılaşmada ədaləti Mark Klattenburq qoruyacaq.
Bu görüşdə baş hakimə Saymon Bek və Ceyk Kollin kömək edəcəklər. Qitənin ən nüfuzlu turnirində əlavə hakimlər Entoni Teylor, Andre Marriner və Styuart Bert olacaq.
Qeyd edək ki, yarımfinalın ilk oyununda “Barselona” doğma meydanda “Bavariya”ya 3:0 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi