Qonaqlar 3 xalı 3 qolla qazandılar
Almaniya Bundesliqasında 32-ci turun oyunlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, düşmə zonasında qərarlaşan “Paderborn” bu mövsüm ikinci yer uğrunda “döyüşən” “Volfsburq”la qarşılaşıb.
Doğma azarkeşləri önündə “yaşıllar”a 3:1 hesabı ilə məğlub olan autsayder işini bir qədər də çətinə salıb.
16-cı dəqiqədə qonaqlardan Klose hesabı açıb. Bas Dost dublu edərək arasındakı fərqi 3:0-a çatdırıb. Meydan sahibləri buraxılan qollardan yalnız birinin əvəzini oyuna əlavə olunmuş dəqiqələrdə çıxıb.
“Paderborn” – “Volfsburq” 1:3
Qollar: Rupp, 90+1 - Klose, 16, Bas Dost, 26, 81
saytlarin hazirlanmasi