"Volfsburq" Maks Kruzeylə hücumu gücləndirdi

01:50 - 11 May 2015

Almaniya millisinin üzvü  “canavarlar”la 5 illik müqavilə bağladı
 
Münhenqladbax “Borussiya”sının hücumçusu Maks Kruze mövsümün sonunda klubla yollarını ayıracaq.
 
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu Bundesliqanın digər təmsilçisi “Volfsburq” klubuyla razılığa gəlib.
 
Gələn mövsüm “canavarlar”ın formasını geyinəcək  forvard klubla 5 illik müqavilə bağlayıb. Almaniya mlli komandasının üzvünün “Volfsburq”a keçidini klubun idman direktoru Klaus Allofs da təsdiq edib:
 
“Maks Kruzenin keçidi bizi sevindirir. Hücum xəttində belə bir futbolçuya ehtiyac vardı. Onun gəlişiylə hücum xəttimiz daha da gücləndi. Inanıram ki, Kruze vuracağı qollarla “Volfsburq”a qələbələr bəxş edəcək”.  

Xəbər xətti