PFL açıqladı: Kubokun finalını işıqlandırmaq istəyən jurnalistlərin nəzərinə

17:15 - 11 May 2015

Kubokdan öncə...

 

İyunun 3-də Azərbaycan Kubokunun final oyunu keçiriləcək. “Qarabağ”la “Neftçi”nin iştirakı ilə Qəbələ şəhər stadionunda reallaşacaq oyun saat 20:00-da başlanacaq.
 

Sportal.az xəbər verir ki, həmin oyunu işıqlandırmaq istəyən mətbuat nümayəndələri üçün Peşəkar Futbol Liqası tərəfindən şərait yaradılacaq. 

Prosedur qaydaları

-Jurnalistlər səfərə iyunun 2-də aparılacaq. Həmin gün veteranların qarşılaşmasını izləyib, işıqlandıracaq jurnalistlər final matçından sonra əks istiqamət üzrə hərəkət edəcəklər.

- Peşəkar Futbol Liqası hər mətbu orqandan 1 nəfərin səfər xərclərini üzərinə götürəcək.

 - Səfərə mövsümboyu PFL-də akkreditasiya qeydiyyatından keçmiş və Topaz Premyer Liqasının, eləcə də Azərbaycan Kubokunu işıqlandırmış  jurnalistlər aparılacaq. Oyunda iştirak etmək istəyən, amma mövsüm ərzində PFL tərəfindən verilən  akkreditasiyaya sahib olmayan jurnalistlər də qeydiyyat üçün müraciət edə bilərlər. Həmin jurnalistlərə akkreditasiya veriləcək, lakin səfər xərclərini Peşəkar Futbol Liqası üzrərinə götürməyəcək. 

-  Azərbaycan Kubokunun finalı üçün qeydiyyatdan keçmək istəyən jurnalistlərdən xahiş olunur ki,  ad, soyad və çalışdığı orqan tərəfindən verilən vəsiqənin surətini [email protected] ünvanına göndərsinlər.

- Qeydiyyat müddəti 20 mayda bitəcək. 

Xəbər xətti