Dünya çempionatına ev sahiblik edəcək ölkə məlum oldu

10:44 - 12 May 2015

Mucuya verildi

 

Taekvondo üzrə 2017-ci ildə keçiriləcək dünya çempionatının ev sahibi məlum olub.

 

Sportal.az xəbər verir ki, növbəti mundialı təşkil etmək hüququ Cənubi Koreyanın Mucu şəhərinə həvalə edilib.

 

Bu barədə qərar Çelyabinskdə baş tutan Dünya Taekvondo Federasiyasının 26-cı Baş Assambleyasında verilib.

 

Qeyd edək ki, DÇ-2015 sabah Çelyabinskdə start götürəcək. Bu yarışda ölkəmizi 15 taekvondoçu təmsil edəcək.

Xəbər xətti