Hakimləri təhqir edən "İnter"in baş məşqçisinə sərt cəza

14:18 - 12 May 2015

Komitənin qərarları

 

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, AFFA əvəzedici heyətlərin və I Divizion klublarını da cəzalandırıb:

 

 

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XXXIII turunun “İnter” – “Neftçi” matçının 65-ci dəqiqəsində “İnter” klubunun baş məşqçisi Rüstəm Əliyev hakimlər briqadasın təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 2500 manat cərimə olunur.

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XXXIII turunun “Bakı” – AZAL matçının 27-ci dəqiqəsində AZAL klubunun 27 №-li futbolçusu Fariz Nəcəfov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.                       

I divizionun XXVII turunun “Turan Tovuz” – “Zirə” matçında “Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

I divizionun XXVII turunun “Neftçala” – “Şuşa Qarabağ” matçında “Şuşa Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

Oyunun 83-cü dəqiqəsində “Şuşa Qarabağ” klubunun 13 №-li futbolçusu Qafar Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.                       

 

I divizionun XXVII turunun “Kəpəz” – “Bakılı” matçının 75-ci dəqiqəsində “Bakılı” klubunun 19 №-li futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Xəbər xətti