U-15 Liqasında son tur
“Neftçi” PFK-nın daha bir komandası mövsümü mükafatçılar sırasında başa vurub.
Sportal.az xəbər verir ki, AFFA-nın təşkil etdiyi U-15 liqasının sonuncu, 30-cu turunda AZAL-ı 10:1 hesabı ilə darmadağın edən U-15 komandamız üçüncü yeri tutub. Baş məşqçi Adil Mahmudovun yetirmələrindən Mehman Süleymanlı və Elton Əlibəyli hərəyə 3 dəfə fərqləniblər. Fariz Qasımov isə 2 qolun müəllifi olub. Digər qolları Asim Əlizadə və Fərid Mahmudov vurublar.
saytlarin hazirlanmasi