"Pulu üstün tutsaydım, onda İngiltərə klublarından birinə keçərdim"

02:10 - 13 May 2015

Maks Kruze “Volfsburq”un gələcəyini parlaq görür
 
Münhenqladbax “Borussiya”sının hücumçusu Maks Kruze növbəti mövsüm “Volfsburq” klubunun şərəfini qoruyacaq.
 
Sportal.az xəbər verir ki, “canavarlar”ın 12 milyon avroya transfer etdiyi 27 yaşlı almaniyalı futbolçu keçidinə belə münasibət bildirib:
 
“Bəzi məqamlar var ki, komandanı dəyişməyə məcbur olursan. “Borussiya” ilə müqayisədə “Volfsburq” klubunun gələcəyi parlaq görünür. Əgər söhbət puldan gedirsə, buna da önəm vermirəm. Pulu üstün tutsaydım, onda İngiltərə klublarından  birinə keçərdim. Halbuki ordan da mənə təkliflər vardı”.      

Xəbər xətti