Məşəl Tərtərdən Yevlaxa yola salındı

12:10 - 13 May 2015

4 km-lik məsafəyə yürüş

 

Avropa Oyunlarının məşəli Zərdab rayonundan sonra günün ikinci yarısında Tərtər şəhərinə gətirilib.

 

Sportal.az xəbər verir ki, Tərtərin Kəngərli kənd tam orta məktəbinin idman müəllimi Rasif Abbasov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Daha sonra 10 nəfər rayon sakini estafeti şəhərin mərkəzinə aparıb.

 

Məşəlçilər  4 kilometr məsafəlik yürüşü Heydər Əliyev prospektində milli liderin heykəli önündə başa çatdırıblar. Sonuncu yürüşçü - boks üzrə Azərbaycan çempionu Faiq Məmmədov səhnəyə qalxaraq meydana məşəli alovlandırıb.

 

Birinci Avropa Oyunlarının çırağı yandırılaraq tərtərlilərə təqdim olunub. 

 

Məşəl estafeti bu gün - mayın 13-də əvvəlcə Yevlaxa istiqamət götürəcək, axşam saatlarında isə Bərdədə möhtəşəm alov festivalı ilə qarşılanacaq.

Xəbər xətti