"Hazırda İbrahim müəllim görüşdədir"
“Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin saxlanılması ilə bağlı məlumatlar yayılıb.
Yerli KİV-də yer alan məlumatlara görə, iş adamı gecə saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Sportal.az xəbər verir ki, artıq məsələyə “Avesta” konsernindən reaksiya gəlib. Şirkətdən AzVision.az-a bildirdilər ki, yayılan məlumatlar şayiədir, Hacı İbrahim həbs edilməyib: “Hazırda İbrahim müəllim görüşdədir. Onun həbsi ilə bağlı yayılan xəbərlər şayiədən başqa bir şey deyil”.
Qeyd edək ki, bəzi saytlar iş adamının həbsi ilə bağlı xəbər yayıb.
saytlarin hazirlanmasi