Forvard "Qalatasaray"dan ayrılıb İtaliyaya yollanır

20:21 - 13 May 2015

Pandev "Cenoa" ilə razılığa gəldi
 
"Qalatasaray"ın mövsümün əvvəlində "Napoli"dən transfer etdiyi Qoran Pandev İtaliyaya qayıdır.
 
Sportal.az xəbər verir ki, "cim-bom"la müqaviləsi mövsümün sonunda başa çatacaq makedoniyalı futbolçunun bu dəfə başqa italyan klubuna - "Cenoa"ya üz tutacağı deyilir. O, artıq Genuya klubunda tibbi baxışdan da keçib.
 
Pandev "Cenoa" ilə anlaşsa, mövsüm sonunda müqaviləsi bitəcəyindən, "Qalatasaray"a pul qazandırmayacaq.
 
Makedoniyalı forvard Superliqada cəmi 3 oyunda meydana çıxıb. Türkiyə kubokunda isə Qoranın hesabında 9 oyun, 7 qol və 2 məhsuldar ötürmə var.
 

Xəbər xətti