Futbolçu hələlik fərdi məşqlə kifayətlənir
"Neftçi" və 21 yaşlılardan ibarət milli komandamızın üzvü Məqsəd İsayevin ötən ay aldığı zədəyə görə əməliyyat olunduğu barədə xəbər vermişdik.
Sportal.az xəbər verir ki, gənc futbolçu artıq fiziyoterapiya kursunu uğurla başa çatdırıb və fərdi qaydada məşqlərini davam etdirir. Futbolçunun komandaya nə vaxt qoşulması isə komandanın fiziki məşqçisinin qərarından asılıdır. Onun iyunun 3-ü keçiriləcək "Qarabağ"la kubokun finalına qədər tam hazır olacağı gözlənilir.
saytlarin hazirlanmasi