Turin təmsilçisi “Barselona”ya rəqib oldu
Çempionlar Liqasında (ÇL) ikinci finalçının adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında Madrid “Real”ı “Santyaqo Bernabeu”da “Yuventus”u qəbul edib.
İtaliyada rəqibinə 2:1 hesabı ilə məğlub olan madridlilər evdə də rəqibini üstələyə bilməyiblər.
Halbuki, 23-cü dəqiqədə “Kral klubu” portuqaliyalı ulduz Kriştianu Ronaldonun penaltidən vurduğu qolla fasiləyə üstün yollanıb. Lakin ikinci hissənin əvvəlində hücumçu Moratanın bərabərlik qolu turinlilərin finala vəsiqə qazanmasına bəs edib.
Çempionlar Liqası, yarımfinal mərhələsinin cavab oyunu
13 may
“Real” (İspaniya) – “Yuventus” (İtaliya) 1:1
Qollar: Ronaldo, 23-pen. - Morata, 57
saytlarin hazirlanmasi